"Ana Təbiətin uşaqlara məktubu"mövzusu

    Sağlam Təhsil - Sağlam Millət layihəsi çərçivəsində Smart Təhsil- Smart Gənclik layihəsinin davamı olaraq  25.05.2022 tarixində 279 nömrəli orta məktəbin 2B ST sinfində  konstruktiv təlim əsaslı eksperimental smart dərs nümunəsi təşkil edilib. 

    Azərbaycan dili fənni üzrə “Ana təbiətin uşaqlara məktubu”  mövzusu əsasında qurulan dərs 4 mərhələni əhatə edib. Dərsin birinci mərhələsi ön biliklərin üzə çıxarılmasına əsaslanır. 

    Dərsin ikinci mərhələsində mövzu üzrə iş aparılıb. 

    Dərsin üçüncü mərhələsi İş vərəqləri üzrə iş adlanır. 

    Dərsin sonuncu mərhələsində şagirdlərin təqdimatı dinlənilib, şagirdlərin təxəyyülünün nəticəsi olaraq yaradıcı mətn nümunələri üzə çıxıb. Sonda şagirdlər Ana təbiəti, ümumilikdə yer kürəsini qorunmağın yollarını müəyyən edərək məntiqi bir nəticyə gəliblər.

   Layihə rəhbəri Fatma xanım Bünyatovanın da iştirak etdiyi dərsin sonunda müzakirə aparılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi