Suraxanı tanker- muzeyinə ekskursiya

   Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə sinif rəhbəri Gülnarə müəllimin təşkilatçılığı və 4 "E" sinif şagirdlərininin iştirakı ilə Suraxanı tanker- muzeyinə ekskursiya təşkil edilib.

    Suraxanı tanker-muzeyi — Azərbaycanda gəmiçiliyin inkişafı və dənizçilik ənənələrinin tarixini əks etdirən muzeydir. Azərbaycanda "Suraxanı" tanker-muzeyinin yaradılması gəmiçiliyin inkişafı ilə yanaşı, dənizçilik ənənələrinin qorunması, tarixinin araşdırılıb öyrənilməsi və yaşadılması istiqamətində həyata keçirilən əsas layihələrdəndir. Muzey qismində “Suraxanı” tankerinin seçilməsi də təsadüfi deyil. Bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub. Onun muzeyə çevrilməsi üçün Böyük Britaniya, Niderland, Türkiyə kimi qədim gəmiçilik ənənələri olan ölkələrin təcrübəsindən istifadə olunub. Beləliklə, 2000-dən artıq yerli gəmi təmirçisinin əməyi nəticəsində nadir layihə ərsəyə gəlib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi