“Azərbaycanım” V Respublika Uşaq Rəsm Festivalı

    “AZƏRBAYCANIM” V RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgilərinin birinci hissəsi açıldı.

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “ŞUŞA İli”nə töhfə olaraq, uşaqların, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, onların əhatə olunduqları mədəni mühitə yanaşma tərzini təkmilləşdirmək, onların bədii zövqünü inkişaf etdirmək, Azərbaycan xalqının mədəniyyətini, şanlı Azərbaycan əsgərinin qəhrəmanlığını, işğaldan azad olunmuş ərazilərimizin mədəni irsinin daha geniş təbliği məqsədilə elan olunmuş “AZƏRBAYCANIM” V RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərçivəsində  4 gün növbəli sürətdə keçirilməsi nəzərdə tutulmuş yekun sərgilərinin birincisi  2022-ci ilin 18 may tarixində Xətai Sənət Mərkəzində açıldı.

    Sərgini giriş sözü ilə açan  Aərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov tədbirin iştirakçılarını salamladı və tədbirin əhəmiyyətindən danışdı . Həmçinin açılışda Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi Aqşin Mirfeyzullazadə,Xətai rayon İcra Hakimiyyəti Humanitar məsələlər üzrə şöbə müdiri Pənah İmanov , Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov öz ürək sözlərini balaca rəssamlarla bölüşdülər.

    Sərgi iştirakçıları serifikatla təltif edildilər.

    Sərgilər 19,20,21 may tarixlərində davam etdiriləcəkdir. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi