Şəhid məzarı ziyarət edildi

  Bu gün, 18 may 2022-ci il tarixində Şəhidimiz Hüseynzadə Fərid Eldəniz oğlu doğum günündə anıldı. İbtidai sinif müəllimləri Minayə Xalıqova və Sevda Əhmədovanın təşkilatçılığı ilə 1"B" və 3 "B" sinfinin adını daşıyan Şəhid Fərid Hüseynzadə Eldəniz oğlunun məzarı ziyarət edildi. 1 "B" və 3 "B" sinif şagirdlərinin iştirakı ilə baş tutan ziyarət zamanı şəhidin xatirəsi dərin ehtiramla yad edildi. Onun qəbri üstə çiçəklər düzən şagirdlər torpaqlarımızın azad olunması yolunda canlarından keçmiş şəhidlərimizin göstərdikləri qəhrəmanlığın bu gün də onlara örnək olduğunu qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi