Şəhidimiz Hüseynzadə Fərid Eldəniz oğlunun doğum günü

    Bu gün, 18 may 2022-ci il tarixində Şəhidimiz Hüseynzadə Fərid Eldəniz oğlunun xatirəsi doğum günündə anıldı. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, RİHBA-nın şöbə müdirləri, 279 nömrəli məktəbin müəllim və şagirdləri Bülbülə qəsəbəsində Şəhidimiz Hüseynzadə Fərid Eldəniz oğlunun doğum günü münasibətilə onun məzarını ziyarət edərək məzarın üstünə gül dəstələri düzmüş, ruhuna dua oxumuşlar. Həmçinin Şəhidin ailəsinə baş çəkmişlər.

    Ali Baş Komandan cənab İlham Əliyevin dönməz iradəsi, düşünülmüş rəhbərliyi, ordumuzun məğlubedilməzliyi, hünəri və qətiyyəti sayəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan Şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Fərid Hüseynzadənin ailəsinə bir daha dərin hüznlə başsağlığı vermiş, onlara səbir, dözüm arzu etmişdir. O bildirmişdir ki, bu gün Şəhidlərimizin ruhu şaddır. Məhz belə vətənpərvər gənclərimizin canı, qanı bahasına bu gün Qarabağımız azaddır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi