"Ailəm və məktəbim" layihəsi çərçivəsində "Açıq qapı günü"

  Ailə-məktəb münasibətlərinin səmərəli təşkili, böyüməkdə olan gənc nəslin əxlaqi şüurunun formalaşmasında, uşağın cəmiyyətdəki rolunu müəyyənləşdirməsində və özünü dərk etməsində, bilik və bacarıqlarını inkişaf etdirilməsində ailə-məktəb münasibətlərinin böyük əhəmiyyəti var. 279 nömrəli tam orta məktəbdə "Ailəm və məktəbim" layihəsi çərçivəsində "Açıq qapı günü" keçirildi. Məktəbin direktoru Südabə Abdullayeva valideynlərin qarşılanma prosesində iştirak edərək onları salamladı. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 18.04.2022-ci il tarixli F- 145 nömrəli əmri ilə təsdiq olunmuş "Ailəm və məktəbin" layihəsinin keçirilməsi ilə bağlı Tədbirlər Planındakı fəaliyyətlər haqqında məlumat valideynlərin diqqətinə çatdırıldı. Valideynlər təhsil müəssisəsi ilə yaxından tanış oldular, məktəbin tədris resursları və məktəbdə həyata keçirilən layihələr barədə məlumat aldılar və dərslərdə iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi