Sağlam gənclik, sağlam gələcək deməkdir!

  Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Suraxanı Rayon İcra hakimiyyətinin çdəstəyi ilə 12 Mayda Suraxanı Gənclər və İdman İdarəsinin,Suraxanı Gənclər Evinin və “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin təşkilatçılığı ilə “Sağlam gənclik, sağlam gələcək deməkdir!” devizi altında tədbir keçirib.

Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Təhlükəli yoluxucu xəstəliklərin profilaktikası məqsədilə ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihə çərçivəsində baş tutub.

Tədbirdə ilk öncə Qarabağ müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Suraxanı Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov və Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova tədbiri açıq elan edərək “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin gəncləri maarifləndirmək məqsədilə həyata keçirdiyi layihənin vacibliyini vurğulayıblar.

Daha sonra çıxış edən təşkilatın sədri, layihə rəhbəri Ziba Nəbiyeva öncə tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəhbərliyinə və Suraxanı Gənclər Evinin heyətinə minnətdarlığını bildirib.

Tədbir zamanı bir sıra təhlükəli xəstəliklərin yaratdığı problemlərdən danışılıb. Gənclərimizə hepatit B, D, C eləcə də vərəm kimi təhlükəli xəstəliklərdən necə qorunmalı olduqları barəsində məlumat verdilər. Həmçinin elektron təqdimat vasitəsilə gənclərə viral hepatitlərin növləri və onların kəşf olunma tarixçələri, xəstəliyin əlamətləri, kliniki gedişatı, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları, profilaktik qabaqlayıcı tədbirlər barədə geniş məlumatlar və tövsiyələr verib.

Deyilənlərlə bağlı animasiya çarxları nümayiş olunub.

Tədbirin sonunda gənclərə mövzuyla bağlı bukletlər, kovid infeksiyasının profilaktikası məqsədilə tibbi və gigiyenik vasitələr paylanıb.

Gənclər arasında profilaktik tədbirlərin əhatə dairəsini genişləndirmək, maarifləndirmənin davamlığını təmin etmək məqsədilə Suraxanı Gənclər Evinə xüsusi dizaynla hazırlanmış, viruslu hepatitlərin yoluxma yolları əks olunan divar lövhəsi, həmçinin bukletlər, tibbi və gigiyenik vasitələr də təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi