"Reproduktiv sağlamlıq" mövzusunda görüş

  Şagirdlər arasında yeniyetməlik dövründə olan gənc nəslin sağlam tərbiyəsi istiqamətində maarifləndirmə işlərinin aparılması məqsədilə məktəbin akt zalında VI-VIII sinif qızları arasında "Reproduktiv sağlamlıq" mövzusunda görüş təşkil edildi. Tədbirdə qadın məsləhətxanasının tibb bacısı yeniyetməlik dövrünün xüsusiyyətləri, ailə planlaşdırılması, şəxsi gigiyena qaydaları və s. barədə ətraflı məlumat verməklə yanaşı, reproduktiv sağlamlığın insan üçün fiziki, mənəvi və sosial rifah vəziyyəti olduğunu, insan təkmilləşdikcə reprodukdiv sağlamlığın da inkişaf etməsini qeyd etdi. Görüşdə sağlamlığın təməlinin yeniyetməlik dövründə yaranması və bütün həyat boyu qorunub-saxlanması xüsusi vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi