Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya

  Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə 9 may 2022- ci il tarixində kitabxana müdiri Aygün Fətullayevanın rəhbərliyi ilə 3 "D" sinif şagirdləri üçün Qala qəsəbəsində yerləşən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya təşkil edilib. Ekskursiyada bələdçi uşaqlara qədim Qala kəndi haqqında maraqlı məlumatlar verib. Ekskursiya zamanı uşaqlar Qala kəndinin qədim medresesini gəzdilər, qədim və qiymətli əşyaların sərgisinə, tulantı kimi istifadə etdiyimiz əşyalardan düzəldilən sənət əsərlərinə tamaşa etdilər. Leyla Əliyevanın təşəbbüsü ilə açılan muzeydə dünyanın bir çox sənətkarlarının əsərləridə vardı. Təşkil olunan ekskursiya gənc nəslin Azərbaycanın tarixinə, mədəniyyətinə daha yaxından bələd olması, ölkənin turizm məkanları haqqında ətraflı məlumatlar ala bilməsi məqsədilə reallaşdırılan tədbir uşaqların yaddaşında dərin iz buraxıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi