"Turp" nağılı səhnələşdirildi

  Nağılların uşağın inkişafında çox əhəmiyyətli və qiymətli fəaliyyətləri vardır. Nağıl çox qədim dövlərdən başlayaraq ən böyük sənətkarların diqqətini özünə cəlb etmişdir. Nağıllar vasitəsilə uşaq sevinc və kədər, qəhrəmana rəğbət, , maraq, hiss edir, hiylənin nə olduğunu, kimin acgöz və səxavətli, kimin ağıllı və kimin axmaq olduğunu anlayır - nağıl vasitəsilə uşaq dünya ilə sadəcə tanış olmur, o, sanki onun dadına baxır, yeni hisslər və duyğular kəşf edir. Oxuduğu və ya dinlədiyi nağıllardakı simvollar haqqında xəyallar quran uşaq hadisələrin inkişafına görə yaxşını və pisi, doğrunu və yanlışı ayırd etməyi öyrənir. Nağıllar uşaqları mehriban, rəğbətli olmağı öyrədərkən, şəri məğlub buraxarkən, uşaqları təkcə məcazi mənada tərbiyə etmir. Birbaşa, pedaqoji mənada tərbiyə edir. Bütün bu üstünlükləri nəzərə alaraq Minayə Xalıqovanın təşkilatçılığı ilə 1 "B" sinif şagirdlərinin iştirakı ilə nağıllarından biri olan "Turp" nağılını səhnələşdirərək şagirdlər özləri də nağıl qəhrəmanına çevrildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi