“Təbiəti qoruyanlar” layihəsi

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində “Təbiəti qoruyanlar” layihəsinə start verilib. Layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərini həllinə dəstək verilməsindən ibarətdir.

Məktəbdə Bakı Şəhəri Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmri ilə təsdiq olunmuş Tədbirlər Planında yer almış fəaliyyətlərin icrası davam etdirilir.

Bu məqsədlə də tədbirlər Planının 1-ci bəndinə uyğun olaraq məktəb həyətində yaşıllaşdırılma işləri davam edir. Məktəb rəhbərliyinin təşəbbüsü və könüllü şagirdlər qrupunun iştirakı ilə məktəbin həyətyanı sahəsində yaşıllaşdırılma işləri zamanı uşaqlar təbiəti qorumaq və mühafizə etməyin nə qədər vacib məsələ olması haqqında genişmiqyaslı məlumat əldə etdilər.

Eyni zamanda “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”ya əsasən keçirilən tədbirlər zamanı müasir ekoloji problemlərin yaratdığı fəsadlar, respublikamızda bu sahədə görülən işlər və hər bir vətəndaşın ətraf mühitin qorunmasındakı rolu barədə şagirdlər məlumat əldə etdi. Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi baxımından onların səmərəli idarə olunması ilə bağlı ölkəmizdə məqsədyönlü işlərin görülməsi təqdirəlayiq addımdır.

Şagirdlərin ideya və bacarıqlarına uyğun olaraq müxtəlif lazımsız plastik qablardan, yumurta qabıqlarından, atılmış qaşıq və çəngəllərdən, parça kəsiklərindən, düymələrdən və digər tullantı məhsullarından istifadə edərək yaratdıqları zövq oxşayan əsərlər, incəsənət nümunələr, müxtəlif eksponatlara gül-çiçəklər əkilərək məktəb həyətini daha da gözəlləşdirdi.

Bu kimi yaradıcı işlər şagirdlərdə ətraf aləmi daha yaxşı anlamaq, estetik zövqü inkişaf etdirmək, uşaqların bacarıq və qabiliyyətlərini üzə çıxarmaq, onlarda sağlam rəqabət hissi formalaşdırmaq baxımından əhəmiyyətlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi