“Şuşanın fatehləri” adlı tədbir

  "Şuşa ili" ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.03.2022-ci il tarixli F-134, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 31 mart 2022 ci il tarixli F- 121 nömrəli əmri ilə təsdiq olunmuş "Fəaliyyət Planı" na uyğun olaraq "Şuşanın fatehləri!" adlı tədbir keçirildi. Tədbir Südabə Mahmudovanın təşkilatçılığı və 2 "C" sinif şagirdlərinin iştirakı ilə baş tutdu. Tədbirdə Şuşanın erməni işğalından azad olunmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük, misilsiz xidmətlərindən danışıldı. Azərbaycan Ordusunun şücaəti qeyd olundu. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Şagirdlər 44 günlük vətən müharibəmizdə canlarından keçən igidlərimizin həyatından danışıb, mahnı ifa etdilər. Şuşanın işğaldan azad olunmasına gənc yazar Rafik İsmayılovun həsr etdiyi "Vətən sağ olsun" adlı hekayədən şagirdlər səhnələşdirdikləri hissəni nümayiş etdirdilər.

Şagirdlər Vətənə, Şəhidlərə, Şuşaya həsr edilmiş şeirlər səsləndirib, bədii kompozisiya nümayiş etdirib, “Xudayar” təsnifini ifa etdilər. Şagirdimizin milli geyimdə "Şuşanın dağları" xalq mahnısına təqdim olunan rəqsi hər kəsdə xoş təəssürat yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi