Ümummilli Lider Heydər Əliyevin doğum günü - 4 "A" sinfi

  10 May Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı məktəbin Tədbirlər Planına uyğun olaraq "Heydər babanın nəvələriyik!" adlı təşkilat saatı keçirildi. 4"A" sinif şagirdlərinin iştirakı və sinif rəhbəri Sevda Süleymanovanın təşkilatçılığı ilə baş tutan təşkilat saatı ərzində şagirdlər Ulu Öndərə həsr olunmuş divar qəzeti hazırlayıb, şeir və mahnılar səsləndirdilər. Təşkilat saatında iştirak edən direktor müavini Aygün Fərzəliyeva Ulu Öndər Heydər Əliyev irsinin şagirdlərə aşılanmasının vacibliyini qeyd etdi. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən ətraflı bəhs etməklə çıxışını davam etdirən direktor müavini Aygün Fərzəliyeva bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. Xalqımız Ulu Öndərini heç zaman unutmayacaq, əsrlər keçsə də əbədiyaşar liderini yad edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi