"Əbədiyaşar lider" adlı inşa-yazı müsabiqəsi

  10 May Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı məktəbin Tədbirlər Planına uyğun olaraq "Əbədiyaşar lider" adlı ibtidai sinif şagirdləri arasında inşa-yazı müsabiqəsi təşkil olunmuşdur. Direktor müavini Aygün Fərzəliyevanın təşkilatçılığı, Azərbaycan dili və ədəbiyyat dərsini tədris edən Tamilla Vəliyeva və Kəmalə Rəhimovanın münsif seçimi əsasında baş tutan müsabiqə zamanı düzgün yazı bacarıqlarını nümayiş etdirən, diqqət çəkən, maraqlı iştirakçılar müəyyənləşdirilib.Nəticələrə uyğun olaraq bu gün şagirdlərin mükafatlandırma mərasimi baş tutdu. Şagirdlər münsiflər heyətinin qərarına əsasən Diplom, Fəxri Fərman və Təşəkkürnaməyə layiq görülərək təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi