6 "B" sinfində valideyn iclası

  6 "B" sinfində valideyn iclası zamanı təlim tərbiyə işləri üzrə direktor müavini Təranə Hacıyeva, tərbiyə işləri üzrə direktor müavini Aygün Fərzəliyeva, Psixoloq Raida Xidirova və fənn müəllimləri tərəfindən sinif şagirdlərinin təlim nailiyyətləri, dərsə münasibətləri və davranışları haqqında valideynlər məlumatlandırıldı. Dərs ilinin sonunda rəhbərlik tərəfindən buraxılış fənlər üzrə böyük summativ qiymətləndirmə təşkil olunacağı haqqında valideynlərə xatırlatma edildi. Daha sonra isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarı ilə valideynlər məlumatlandırıldı. Onların təklif, arzu və istəkləri dinlənilib, sualları cavablandırıldı. Valideyn-şagird-müəllim üçbucağının inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi