Qala Arxeoloji-Etnoqrafik Muzey kompleksinə ekskursiya

  Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və dünyagörüşlərinin inkişafı etdirilməsi məqsədilə müntəzəm olaraq ekskursiyalar və uşaq tamaşalarına, muzeylərə gedişlər təşkil olunur. Şagirdlərin şəxsiyyət kimi kamilləşməsi, mənəvi aləminin zənginləşməsi dünyagörüşünün formalaşmasi, tariximizə dərindən bələd olmasında ekskursiyalarin böyük əhəmiyyəti var. Tətil günlərinin səmərəli keçməsi üçün Arzu müəllimin təşəbbüsü və 4 "D" sinif şagirdlərinin iştirakı ilə Qala Arxeoloji-Etnoqrafik Muzey kompleksinə ekskursiya təşkil olundu. Onlar Bakının Xəzər rayonunun Qala kəndində açıq səma altında yaradılmış nadir muzeyində oldular. Şagirdlər Qala Arxeoloji-Etnoqrafik Muzey kompleksində e.ə lll minillikdən bu günə qədər Qala kəndində yaşayan əhalinin həyat tərzi, kurqanlar, sərdabələr, yaşayış evləri, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamamla, dulusçuluq sənəti, müasir dövrün tullantıdan hazırlanmış əşyalarla dolu muzeylə tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi