"Dairələr" testi
Şagirdlərinin psixoloji hazırlıq səviyyəsinin öyrənilməsi daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə psixoloq Raida Xidirova vaxtaşırı şagirdlərin dərslərini izləyir, müxtəlif psixoloji test tapşırıqlarını tətbiq edərək müəyyən qənaətə gəlir. Psixoloq bu dəfə “Dairələr” testindən istifadə edərək 2 "Ç" sinfində şagirdlərin təxəyyül, təfəkkür və yaradıcılıq qabiliyyətlərini yoxladı. Test zamanı zəif nəticə göstərən şagirdlərlə isə fərdi iş nəzərdə tutuldu.