"Sən elə bir zirvəsən!" adlı şeir müsabiqəsinin nəticələri

  10 May Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı məktəbin Tədbirlər Planına uyğun olaraq "Sən elə bir zirvəsən!" adlı ibtidai sinif şagirdləri arasında şeir müsabiqəsi təşkil olunmuşdur. Direktor müavini Aygün Fərzəliyevanın təşkilatçılığı, Azərbaycan dili və ədəbiyyat dərsini tədris edən Tamilla Vəliyeva və Kəmalə Rəhimovanın münsif seçimi əsasında baş tutan müsabiqə zamanı məlahətli, düzgün qiraət bacarıqlarını nümayiş etdirən, diqqət çəkən, maraqlı iştirakçılar müəyyənləşdirilib.

Nəticələrə uyğun olaraq bu gün şagirdlərin mükafatlandırma mərasimi baş tutdu. Şagirdlər münsiflər heyətinin qərarına əsasən Diplom, Fəxri Fərman və Təşəkkürnaməyə layiq görülərək təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi