“Təbiəti qoruyanlar” layihəsi - 4 "B" sinfində

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində “Təbiəti qoruyanlar” layihəsinə start verilib. Layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərini həllinə dəstək verilməsindən ibarətdir.

  Məktəbdə Bakı Şəhəri Təhsil İdarəsinin F-138 nömrəli əmri ilə təsdiq olunmuş Tədbirlər Planında fəaliyyətlər üzrə iş bölgüsü aparılmışdır.

Bu məqsədlə də tədbirlər Planının 5.1. Bəndinə müvafiq olaraq "Təbiəti qoruyanlar adlı" təşkilat saatı keçirildi. Mətanət Bayramovanın təşkilatçılığı və 4 "B" sinif şagirdlərinin iştirakı ilə məktəbin həyətyanı sahəsində təşkilat saatı zamanı uşaqlar təbiəti qorumaq və mühafizə etməyin nə qədər vacib məsələ olması haqqında genişmiqyaslı məlumat əldə etdilər.

  Təşkilat saatı zamanı direktor müavini Aygün Fərzəliyeva “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”ya əsasən keçirilən tədbirlər zamanı müasir ekoloji problemlərin yaratdığı fəsadlar, respublikamızda bu sahədə görülən işlər və hər bir vətəndaşın ətraf mühitin qorunmasındakı rolu barədə şagirdlərə məlumatlar verdi. Bildirdi ki, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi baxımından onların səmərəli idarə olunması ilə bağlı ölkəmizdə məqsədyönlü işlər görülür.

  Şagirdlərin ideya və bacarıqlarına uyğun olaraq müxtəlif lazımsız plastik qablardan, yumurta qabıqlarından, atılmış qaşıq və çəngəllərdən, parça kəsiklərindən, düymələrdən və digər tullantı məhsullarından istifadə edərək yaratdıqları zövq oxşayan əsərlər, incəsənət nümunələr, müxtəlif eksponatlara gül-çiçəklər əkildi.

Bu kimi yaradıcı işlər şagirdlərdə ətraf aləmi daha yaxşı anlamaq, estetik zövqü inkişaf etdirmək, uşaqların bacarıq və qabiliyyətlərini üzə çıxarmaq, onlarda sağlam rəqabət hissi formalaşdırmaq baxımından əhəmiyyətlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi