Valideyn iclası

  9- cu siniflərdə valideyn iclası keçirildi. İclasda məktəb direktoru, direktor müavinləri, psixoloq, sinif rəhbərləri və buraxılış fənn müəllimləri iştirak etdilər. Onlar buraxılış imtahanları haqqında valideynlərə məlumat verdilər. Eləcə də məktəbdə buraxılış imtahan fənləri üzrə keçirilmiş monitorinqlərin nəticələrini, məktəbli formalarının vəziyyətini, şagirdlərin dərsə davamiyyət məsələlərini müzakirə etdilər. Valideynlərə şagirdlərlə imtahan qabağı davranış qaydaları ilə bağlı psixoloq məsləhəti verildi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 18.04.2022-ci il tarixli F- 145 nömrəli əmri ilə təsdiq olunmuş "Ailəm və məktəbin" layihəsinin keçirilməsi ilə bağlı Tədbirlər Planındakı fəaliyyətlər haqqında məlumat valideynlərin diqqətinə çatdırıldı.

Daha sonra isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarı ilə valideynləri tanış etdi.

Valideynlərin təklif, arzu və istəkləri dinlənilib, sualları cavablandırıldı. Valideyn-şagird-müəllim üçbucağının inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi