Mütaliə vərdişləri

  2021-2022-ci tədris ilinin məktəbimizdə "Mütaliə ili" elan olunması ilə bağlı mütamadi olaraq hər ayın sonunda oxunulmuş bədii ədəbiyyatın müzakirəsi təşkil olunur. Hər yaş qrupundan olan şagirdlər bu müzakirələrə cəlb olunurlar. Onlar ay ərzində oxuduqları kitabların müzakirəsini aparır və personajların onların dünyagörüşünə olan təsirini vurğulayırlar. Müasir dövrün yazıçıları ilə ötən dövrümüzün yazıçılarının  romanlarını müqayisəli şəkildə təhlil edirlər. 

Bu gün mart ayı üzrə ən çox kitab oxuyan şagirdlərimiz müəyyənləşdirilib. Məktəb kitabxanasından ən çox kitab götürərək mütaliə vərdişlərinə yiyələnən iki oxucumuz rəhbərlik tərəfindən təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi