Hərbi Qənimətlər parkına ekskursiya

  Şagirdlərin Hərbi Qənimətlər parkına ekskursiyası təşkil edildi. Məktəbimizin 3 "D" sinif şagirdləri sinif rəhbəri Aybəniz Əliyeva və kitabxana müdiri Aygün Fətullayevanın təşkilatçılığı ilə Hərbi Qənimətlər parkında oldular. 44 günlük Vətən müharibəsində qazanılmış qələbəmizin mahiyyətini və güclü ordumuzun müzəffər əsgərlərinin şücaətlərinin şagirdlərimizə əyani şəkildə çatdırılması onların dünyagörüşünün formalaşmasında böyük əhəmiyyət kəsb edir.

Şagirdlər ekskursiya zamanı ll Qarabağ müharibəsi haqqında ətraflı məlumat əldə etdilər, hərbi eksponatlarla tanış oldular. 

Bu cür ekskursiyaların təşkili, tədrisin elmi və praktiki xarakterini artırmağa, onun həyat və təcrübə ilə əlaqəsini gücləndirməyə imkan verir.

Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, milli adət-ənənələrinin və s. öyrənilməsində tarixi və ədəbi ekskusiyaları xüsusi vurğulamaq lazımdır. Bu kimi ekskursiyalar əsasında şagirdlər Azərbaycanın keçdiyi tarixi inkişaf yolu ilə əyani şəkildə tanış olurlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi