Valideyn iclası

  4 "D" rus bölməsi sinfində valideyn iclası keçirildi.  İclas zamanı sinif rəhbəri Arzu Rəsulzadə şagirdlərinin təlim nailiyyətləri, dərsə münasibətləri və davranışları haqqında valideynləri məlumatlandırdı. Dərs ilinin sonunda rəhbərlik tərəfindən bütün fənlər üzrə böyük summativ qiymətləndirmə təşkil olunacağı haqqında valideynlərə xatırlatma etdi. Daha sonra isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022-ci il

tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarı ilə valideynləri tanış etdi. İclasın sonunda 

valideynlərin təklif, arzu və istəkləri dinlənilib, sualları cavablandırıldı. Valideyn-şagird-müəllim üçbucağının inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi