Şəhid İslamlı Ruhid Uğur oğlunun doğum günü qeyd edildi

  Şəhid İslamlı Ruhid Uğur oğlunun doğum günü münasibəti ilə ziyarət təşkil olundu. Şəhidin adını daşıyan 9 "B" sinfinin şagirdləri şəhidin məzarını ziyarət edib, məzarı üstə gül dəstələri qoyaraq onu dərin ehtiramla yad etdilər. Ziyarət mərasimində Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov da iştirak edərək şəhidin keçdiyi şərəfli ömür yolunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini vurğuladı. Qeyd edək ki, İslamlı Ruhid ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi