Beynəlxalq İnternet Günü 5 "A" sinfində
4 aprel dünyada Beynəlxalq İnternet Günü kimi qeyd edilir. Bu əlamətdar günü qeyd etmək məqsədi ilə informatika dərsini tədris edən Gülnarə Cabbarova 5 "A" sinif şagirdləri ilə tədbir keçirdi. Tədbirdə əsas məqsəd şagirdlər arasında onlayn texnologiyalar və mobil cihazların düzgün istifadəni təbliğ etmək, insanların həyat səviyyəsinin yüksəlməsinə xidmət edən yeni texnologiyaların imkanlarını nümayiş etdirmək oldu. Şagirdlər hazırladıqları təqdimatlar vasitəsilə günün əhəmiyyətini kəsb edən maraqlı informasiyalar nümayiş etdirdilər.