Məktəbimizin şəhid məzununun doğum günü

  Məktəbimizin şəhid məzunu Fazil Bayramovun anadan olduğu gündür. Bu münasibətlə məktəb heyəti şəhidin barelyefini ziyarət etmişlər. Səslənən şeir nümunələri, musiqi parçaları balaca şagirdlərimizin canını Azərbaycanın ərazi bütölüyü uğrunda fəda edən şəhidimizə olan hörmət və diqqətinin bariz nümunəsi kimi qiymətləndirilmişdir. Qeyd edək ki, 01.04.1975-ci ildə Qərbi Azərbaycan, Dərələyəz Mahalının Qızılgül kəndində anadan olmuşdur.

1988-ci ildə ermənilərin Azərbaycana qarşı torpaq iddiası və milli ayrıseçkilik fonunda bütün türkləri dədə-baba torpaqlarından qovduqlarına görə 13 yaşında Gəncə şəhərində müvəqqəti məskunlaşmışlar.1989-cu ilin yazında Şəki rayon Daşbulaq kəndinə köçmüşlər. 1989-cu ilin Avqust ayında Bakı şəhər, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ,,AB,, y/s. ev 153, mənzil 52-yə köçmüşlər, və həmin ilin Sentyabr ayında Suraxanı rayonu 279-nömrəli orta məktəbin 7-ci sinifində orta təhsilini davam etdirmişdi.

1992-ci ildə həmin məktəbdən məzun olub.1993-cü ilin yazında Azərbaycan ordusuna həqiqi hərbi xidmətə çağırılıb. Ağdam, Ağdərə istiqamətindəki döyüşlərdə iştirak edib. 1993-cü il Dekabr ayın 10-da Füzuli istiqamətində gedən döyüşlərdə düşmən zirehli texnikasından atılan atəş nəticəsində Ramazanov Ulubek adlı döyüş yoldaşı ilə birlikdə yaralanırlar.

Düşmənə əsir düşməmək üçün qumbara ilə özünü partladır. 40gündən sonra tapılan nəşini gətirən Arif adlı zabit(özünü Fazilin komandiri kimi təqdim elədi) qumbaranın halqasının Fazilin barmağında olduğunu dedi.

O, İkinci fəxri xiyabanda(Şəhidlər Xiyabanında) dəfn edilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi