9-cu sinif şagirdləri ilə imtahan qabağı profilaktiki söhbətlər aparıldı

  Şagirdlərin psixoloji vəziyyətini nəzarətdə saxlamaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür. Yeniyetməlik yaşına çatmayan, risk qrupuna daxıl olan şagirdlərə xüsusi yanaşmaq isə müəllim, psixoloq və məktəb rəhbərliyinin məsuliyyətli mövqeyindən xəbər verir. Bu gün Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi, polis polkovnik-leytenantı Əfqan Ağayev və onun əməkdaşları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək mərkəzinin psixoloqu Heyran Səfərova məktəbdə olaraq 9-cu sinif şagirdləri ilə imtahan qabağı dəstləyici, profilaktiki söhbətlər apardılar. Söhbət zamanı gəlinən nəticə, verilən tövsiyələr gənc nəslin sağlam düşüncə tərzində böyüməsinə, cəmiyyətə əsl vətəndaş qazandırmağa xidmət etdi. Şagirdləri maraqlandıran, narahat edən suallar cavablandırılaraq lazimi tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi