Şəhid Əhməd Kərimovun məzarına ziyarət

  Tətil günlərində şagirdlər siniflərinin adını daşıdığı şəhid Əhməd Kərimovun məzarına ziyarət təşkil ediblər. Şəhid Əhməd Kərimovun adını daşıyan  2 "D" sinfinin şagirdləri şəhidimizi dərin hüznlə yad edərək, onun məzarını ziyarət edib,  məzarı üstünə səməni və qərənfil qoyublar. Sinif rəhbəri Aygün Kərimovanın təşkilatçılığı ilə baş tutan ziyarət zamanı şəhid Əhməd Kərimovun məzarı üstə şeir nümunələri səsləndirən balaca şagirdlərimiz qəhrəmanlıq simvolu olan şəhidimizə dərin ehtiram və minnətdarlıq hissini ifadə ediblər. Qeyd edək ki, həmin sinifdə şəhid Əhməd Kərimovun adına fəxri guşə də yaradılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi