“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda məqalə-yazı müsabiqəsi

  Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Suraxanı Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Suraxanı rayon məktəbliləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda məqalə-yazı müsabiqəsinin rayon mərhələsinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.

Suraxanı Rayon İcra Hakimiyyətinin konfrans zalında təşkil olunmuş elmi praktik konfransda RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, tarix müəllimləri və şagirdlər iştirak etmişdir.

Konfransda giriş sözü ilə çıxış edən Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Lamiyə Cabarova çıxış edərək bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil olunmuş elmi-praktik konfrans şagirdlərimizdə tariximizə, mədəniyyətimizə, keçmişimizə və tarixi şəxsiyyətlərimizə diqqət və marağı artırmaq, onlara elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib, müəyyən nəticəyə gələ bilmə bacarığı aşılamaq, igid oğul və qızlarımızın Vətən müharibəsində canlarından keçərək göstərdiyi şücaəti, qəhərmanlığı daima öyrənmək, təbliğ etmək məqsədi daşıyır.

Daha sonra məqalə-yazı müsabiqəsinin şərtləri və mərhələləri barədə geniş məlumat verilərək qeyd olundu ki, müsabiqənin ilkin mərhələsi rayon ərazisində fəaliyyət göstərən 36 məktəbin iştirakı ilə 8-25 fevral 2022-ci il tarixlərində təşkil olunaraq yekunlaşmışdır.

Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsində təşkil olunmuş müstəqil komissiya üzvləri tərəfindən müsabiqənin ikinci mərhələsinə vəsiqə qazanan 100 nəfərə yaxın şagirdin məqalə-yazıları ilə əvvəlcədən tanış olunmuş, nəticədə münsiflər heyətinin ümumi qərarı ilə 25 nəfər şagirdin məqalə-yazısı ikinci mərhələyə keçmək üçün uğurlu hesab edilmişdir.

Yekun olaraq elmi-praktik konfransın rayon mərhələsində 25 nəfər şagirdin məqalə-yazıları dinlənilmiş, ümumilikdə 5 mövzu üzrə 10 nəfər şagirdin seçilərək yekun elmi-praktik konfransda iştirakı nəzərdə tutulmuşdur.

Qeyd edək ki,  Aysu Nağıyeva müsabiqədə iştirak edərək məktəbimizi təmsil etmişdir.  Aysu Nağıyevanın elmi rəhbəri isə əməkdar müəllim, tarix dərsini tədris edən Ofeliya Musayeva olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi