2 "C" sinfinin Novruz şənliyi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2021-ci il tarixli F-85 nömrəli əmrinə əsasən “Bahar çələngi” layihəsinin icrası ilə bağlı Tədbirlər Planının "Bahar çələngi adlı sinif təşkilat saatının təşkili" adlı 1.1. bəndinə müvafiq olaraq 2 "C" sinfinin rəhbəri Südabə Mahmudovanın təşkilatçılığı ilə sinif təşkilat saatı keçirilib. Çox gözəl tərtibatda bəzənmiş otaq milli aksesuarların zənginliyi ilə göz oxşayıb. Dərs sonacan öz maarifləndirici mövqeyini qoruyub. Belə ki, şagirdlər yazın gəlişini, torpağın oyanışını əks etdirən şeirlərin, mahnıların, səhnəciklərin nümayişini layiqincə həyata keçiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi