5 "C" sinfində Novruz bayramı

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2021-ci il tarixli F-85 nömrəli əmrinə əsasən “Bahar çələngi” layihəsinin icrası ilə bağlı Tədbirlər Planının "Bahar çələngi adlı sinif təşkilat saatının təşkili" adlı 1.1. bəndinə müvafiq olaraq 5 "C" sinfinin rəhbəri Tehran Yusifovanın təşkilatçılığı ilə sinif təşkilat saatı keçirilib.  Çox gözəl tərtibatda bəzənmiş otaq milli aksesuarların zənginliyi ilə göz oxşayıb. Yerdə - xalça üzərində əyləşən şagirdlərin rəngarəng milli geyimləri maraqlı mənzərə yaradıb. Dərs sonacan öz maarifləndirici mövqeyini qoruyub. Belə ki, şagirdlər yazın gəlişini, torpağın oyanışını əks etdirən  şeirlərin, mahnıların, səhnəciklərin  nümayişini layiqincə həyata keçiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi