4 "E" sinfində - "Kitab təqdimatı" müsabiqəsi

  Məktəbimizdə mütamadi olaraq hər ayın sonunda oxunulmuş bədii ədəbiyyatın müzakirəsi təşkil olunur. Hər yaş qrupundan olan şagirdlər bu müzakirələrə cəlb olunurlar. Onlar ay ərzində oxuduqları kitabların müzakirəsini aparır və personajların onların dünyagörüşünə olan təsirini vurğulayırlar. Müasir dövrün yazıçıları ilə ötən dövrümüzün yazıçılarının romanlarını müqayisəli şəkildə təhlil edirlər.

Bu gün 4 "E" sinfində Gülnarə Aslanovanın rəhbərliyi ilə baş tutan "Kitab təqdimatı" müsabiqəsi də həmin ali məqsədi yerinə yetirmək öhtəçiliyi daşıdı. Şagirdlər oxuduqları kitabları təhlil edərək gəlinən nəticə ətrafında fikir mübadiləsi apardılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi