"Xatirələrdə qalan oyuncaqlar" adlı uşaq yaradıcılıq müsabiqəsi

“XATİRƏLƏRDƏ QALAN OYUNCAQLAR” adlı uşaq yaradıcılıq müsabiqəsinin yekun sərgilərinin ikinci hissəsi baş tutdu.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Bakı Dövlət Sirki və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan olunmuş “XATİRƏLƏRDƏ QALAN OYUNCAQLAR” adlı uşaq yaradıcılıq müsabiqəsinin birinci hissəsi 16.00 12 mart tarixində Xətai Sənət Mərkəzində açıldı .

Sərgini giriş sözü ilə acan Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov tədbir iştirakçılarını salamladı və tədbirin əhəmiyyətindən danışdı.

Söz alan Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov öz ürək sözlərini bölüşdülər. Tədbir uşaqların sevinci və coşqusu ilə başa çatdı.

Nəzərinizə çatdıraq ki, müsabiqədən seçilmiş 900-dən yuxari müəllifin hər birindən 1 əsər olmaqla 4 gün ərzində növbəli şəkildə 11,12,14 və 15 mart tarixillərində sərgilənməsi nəzərdə tutulmuşdur.

Əsəri sərgilənən sertifikatla fəal məktəb, lisey və dərnəklər təşəkkürnamə ilə təltif olundular.

Məktəbimizin şagirdləri- Abdullazadə Ayşən, Quliyeva Şəfiqə, Allahverdiyeva Aliyə, Allahverdiyeva Məryəm, Hùseyneliyeva Aylin, Osmanova Adilə, Mirzəzadə Zeynəb də sərgidə iştirak edərək sertifikatla təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi