"Kitab təqdimatı" müsabiqəsi - 4 "C" sinfi

  Məktəbimizdə mütamadi olaraq hər ayın sonunda oxunulmuş bədii ədəbiyyatın müzakirəsi təşkil olunur. Hər yaş qrupundan olan şagirdlər bu müzakirələrə cəlb olunurlar. Onlar ay ərzində oxuduqları kitabların müzakirəsini aparır və personajların onların dünyagörüşünə olan təsirini vurğulayırlar. Müasir dövrün yazıçıları ilə ötən dövrümüzün yazıçılarının  romanlarını müqayisəli şəkildə təhlil edirlər.

  Bu gün 4 "C" sinfində Sara Əliyevanın rəhbərliyi ilə baş tutan  "Kitab təqdimatı" müsabiqəsi də həmin ali məqsədi yerinə yetirmək öhtəçiliyi daşıdı. Şagirdlər oxuduqları kitabları təhlil edərək gəlinən nəticə ətrafında fikir mübadiləsi apardılar.  Daha çox kitab oxuyan şagird isə müsabiqənin yekununda mükafatlandırıldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi