"Bahar çələngi" tədbiri

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2021-ci il tarixli F-85 nömrəli əmrinə əsasən “Bahar çələngi” layihəsinin icrası ilə bağlı Tədbirlər Planının 1.1. bəndinə müvafiq olaraq İradə və Elmira müəllimin təşkilatçılığı əsasında "Bahar çələngi" adlı tədbir təşkil olunmuşdur. Tədbirdə şagirdlər Novruz bayramında tətbiq olunan milli adət-ənənələrin təbliğini maraqlı səhnələrlə nümayiş etdiriblər. Keçəl, kosa, yumurta döyüşü, qapıpusma kimi ənənələri səhnələşdirən şagirdlər öz obrazlarını layiqincə yerinə yetiriblər. Məktəb rəhbərliyi və pedaqoji heyət tərəfindən izlənilən tədbir maarifləndirici mövqeyini sonadək qoruyub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi