8 Mart Beynəlxalq Qadınlar Günü 4 "A" sinfində qeyd edildi
8 Mart Beynəlxalq Qadınlar Günü məktəbimizin 4 "A" sinfində qeyd edilib. Belə ki, ibtidai sinif müəllimi Sevda Süleymanovanın rəhbərlik etdiyi sinif şagirdləri gözəl bir tədbir həyata keçiriblər. Tədbirdə balaca fidanlarımız günün əhəmiyyətini əks etdirən şeirlər səsləndirib, mahnılar oxuyublar. Tədbir direktor və pedaqoji heyət tərəfindən izlənilib.