2 "B" sinfi dulusçuluq master-klasında

  Təhsil yalnız şagirdlərin oxumaqlarına yox, həm də ümumi dünyagörüşü səviyyələrinin çoxalmağına xidmət edir. Maraqlı ekskursiyaların təşkili - teatr, muzey və s. maarifləndirici təşəbbüslər şagirdlərin əylənərək öyrənmək prinsipini reallaşdırır, onları kollektiv fəaliyyətə, dostluğa, birliyə səsləyir. Bu kimi xoş niyyət 2 "B" Sağlam Təhsil sinfində də həyata keçirilib. Belə ki, gənc və məsuliyyətli kadrlardan olan Nigar Mehdizadə şagirdlərin asudə vaxtlarından səmərəli istifadə edib. Dulusçuluq master-klasında iştirak edən şagirdlər  gilin xüsusi formaya salınması qaydasını öyrənərək maraqlı və əyləncəli vaxt keçiriblər. Şagirdlərin  təəssuratları olduqca yüksək, atılan addım, görülən iş isə təqdirəlayiqdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi