“Şən startlar” əyləncəli idman oyunu

  Bu gün 5 Mart- Bədən Tərbiyəsi və İdman Günü münasibətilə ənənəvi olaraq məktəbin idman zalında məktəblilərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə 4 "A" - "Səma" və 4 "C" - "Alov" komandaları arasında “Şən startlar” əyləncəli idman oyunu təşkil edildi. Tədbirin açılış mərasimində çıxış edən idman müəllimi Nihalə Hüseynova oyunun keçirilmə qaydaları və məqsədi haqqında geniş məlumat verərək  komandalara uğurlar arzuladı. Təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı sahəsində xüsusi əhəmiyyət kəsb edən idman oyununun sonunda  dostluq qalib gəldi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi