"İdmançılarla görüş" təşkil olundu

  "İdman həftəsi" proqramı çərçivəsində "İdmançılarla görüş" təşkil olunmuşdur. Belə ki, məktəbin məzunu olmuş Hüseynov Hüseyn şagirdlərlə görüşərək uğur qazanmaq üçün keçdiyi yollardan bəhs edib, onları maraqlandıran sualları cavablandırmışdır.

  Qeyd edək ki, Hüseyn Hüseynli 26 noyabr 2000-ci ildə anadan olub. Kiçik yaşlarından döyüş idman növləri ilə məşğul olan Hüseyn iştirak etdiyi yarışları qələbə ilə başa vurub. Müdafiə Nazirliyi və Daxili Qoşunlarının komandanlığı tərəfindən diplomlarla təltif olunub. 2020-ci il yanvar ayından Azərbaycan Respublikası Pauerliftinq İdman Federasiyasının üzvüdür. Milli yığma komandasının tərkibində olan idmançı 2021-ci ilin sentyabr ayında Azərbaycan Çempionu olub. 2021-ci ilin dekabr ayında isə Moskvada keçirilən Pauerliftinq və Bench Press yarışlarında Dünya Çempionu olaraq və 4 Yeni Dünya rekorduna imza atıb. Bench Press üzrə “Overall”, yəni “Mütləq ilk 3-lük” sahibi olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi