1 “A” sinfində Xocalı faciəsi

Gənc nəslin maariflənməsində, vətənpərvərlik hissinin aşılanmasında, şagirdlərin milli ruhda böyüməsində başlıca rol oynayan  önəmli öhtəliklərin yerinə yetirilməsi  müəllimlərin üzərinə düşən əsas vəzifələrdən biridir. Bu gün məktəbimizdən keçirilən ilk dərslərin Xocalı faciəsinə həsr olunması  müəllimlərin həmin məsuliyyətli öhtəlikləri layiqincə yerinə yetirmələrindən xəbər verir.  Belə ki, Təhsil Nazirliyinin 14 fevral 2022-ci il tarixli F-81 və BŞTİ-nin 14 fevral 2022-ci il tarixli F-63 nömrəli əmri ilə təsdiq edilmiş “Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən 1 “A” sinfində Anjelika Əliyevanın təşkilatçılığı ilə xüsusi dərs təşkil olundu. Şagirdlər müxtəlif şeir parçaları və geniş məlumatlarla çıxış edərək şəhidlərimizin xatirəsinə həsr edilmiş guşənin önünə qərənfillər düzdülər. Dərs rəhbərlik tərəfindən izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi