Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı "Dəyirmi masa"

  Təhsil Nazirliyinin 14 fevral 2022-ci il tarixli F-81 və BŞTİ-nin 14 fevral 2022-ci il tarixli F-63 nömrəli əmri ilə təsdiq edilmiş “Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən "Dəyirmi masa" təşkil olundu. "Dəyirmi masa"da ilk olaraq şagirdlər şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. 30 il əvvəl və 30 il sonrakı çiçəklənməkdə olan Qarabağ haqqında genişmiqyaslı söhbətlər apardılar. Məktəb rəhbərliyinin iştirakı ilə baş tutan "Dəyirmi masa" nın qurulmasında məqsəd soyqırım qurbanlarını yad etmək, böyüməkdə olan gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, tarixi hadisələrə düzgün rəy vermək bacarığı formalaşdırmaq, onlarda vətənpərvərlik ruhunu yüksəltmək, milli qürur, milli iftixar hissini aşılamaqdan ibarət oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi