4 “A” sinfində Xocalı faciəsi

   Təhsil Nazirliyinin 14 fevral 2022-ci il tarixli F-81 və BŞTİ-nin 14 fevral 2022-ci il tarixli F-63 nömrəli əmri ilə təsdiq edilmiş “Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən 4 “A” sinfində Sevda Süleymanovanın rəhbərliyi ilə xüsusi dərs təşkil olundu. Dərs  zamanı hazırlanan təqdimat, həmin günün dəhşətlərini əks etdirən ürəkyandırıcı səhnələr hüzünlü anlar yaşatdı. Şagirdlər müxtəlif şeir nümunələri və zəngin informasiyalar vasitəsilə Xocalı qurbanlarını yad etdilər. Dərs rəhbərlik tərəfindən izlənildi.

  Qeyd edək ki, məktəbimizdə təcrübə keçmək üçün yönləndirilən ADPU-NİN tələbələri də həmin dərsdə iştirak edərək dərsin quruluşu, şagirdlərin təqdimatı qaydalarını əyani şəkildə izləmiş və gələcəkdə bu kimi xüsusi dərsləri təşkil etmək, peşəkar kadr kimi yetişmək üçün təcrübə mübadiləsi  aparmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi