Qonaqlar məktəbin fəaliyyəti ilə tanış oldular

  "Belnəlxalq Ana Dili  Günü" tədbiri münasibətilə məktəbimizə gələn rəsmi qonaqlar məktəbimizin fəaliyyətini təqdirəlayiq hesab etmişlər. Onlar məktəbimizin şəhid məzunları və Suraxanı rayonunun 56 şəhidinin adları verilmiş sinif otaqları, siniflərdə  yaradılan fəxri guşələr ilə tanış olmuşlar. Şəhid Xudayar Yusifzadənin səsləndirdiyi "Xudayar təsnifi"nin məktəbin tənəffüs zəngində çalınması isə gələn qonaqları heyrətləndirərək sevindirmişdir. Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən tarixi qələbəbimiz, əzəli, əbədi torpağımız olan Şuşa haqqında Ulu öndərimizin və Müzəffər Ali Baş Komandanımızın hikmətli sözləri, böyük tənəffüz zəngi zamanı səslənən "Şuşa" şeiri hörmətli qonaqlar tərəfindən tədqirəlayiq hal hesab edilmişdir. 

  Azərbaycan dili və ədəbiyyat dərsini tədris edən Tehran müəllimin rəhbərliyi ilə "Gəlin birlikdə mütaliə edək!"  layihəsi çərçivəsində hazırlanan qiraət otağının, mütaliəni vərdişə çevirmək, təbliğ etmək  məqsədilə dəhliz divarlarında müxtəlif əsər personajlarının rəsmlərinin çəkilməsi qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir. Ümumilikdə, məktəbin fəaliyyətindən razı qalan qonaqlar tədbir zamanı şagirdlərin  əlamətdar gün münasibətilə təqdim etdikləri mahnılar, şeirlər və s. təqdimatlar haqqında da xoş sözlər söyləmişlər.

   Qeyd edək ki, tədbirdə BŞTİ-NİN müdiri hörmətli Mehriban xanım Vəliyeva, müavini Xəyalə xanım Əhmədova, ictimai əlaqələr şöbəsinin müdiri hörmətli Bəşarət müəllim, Suraxanı rayonunun İcra Hakimiyyətinin başçısı Əziz müəllim Əzizov və əməkdaşları, YAP Suraxanı rayonu təşkilatının sədri Vüqar Seyidov, rayonun prokuroru Rəşid Mahmudov, rayon DTX rəisi Rauf Məmmədov, ADPU-NİN filologiya fakültəsinin dekanı, ADPU-NUN Beynəlxalq işlər üzrə prorektoru, professor Mahirə xanım Nağıqızı və əməkdaşları, tələbələri, ADPU-NUN keyfiyyətin təminatı şöbəsinin müdiri hörmətli Qalib Şarifov, rayonun nümayəndələri, valideynlər, müəllimlər, şagirdlər iştirak etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi