Ana Dili Gününə həsr edilmiş nümunəvi dərslər

  ADPU-nin filologiya fakültəsinin tələbələri ilə məktəbin şagirdləri arasında tələbə-şagird əməkdaşlığı çərçivəsində 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş açıq dərslər keçirilmişdir.  6-8-ci siniflərdə baş tutan dərslər ADPU-nun filologiya fakültəsinin dekanı, Beynəlxalq İşlər üzrə prorektoru, professor Mahirə xanım Nağıqızı və əməkdaşları, ADPU-nin Keyfiyyətin Təminatı şöbəsinin müdiri Qalib Şarifov və məktəbin rəhbərliyi, əməkdaşları tərəfindən izlənilmişdir.     

  Məktəbimizdə artıq ikinci dəfə tətbiq olunan MEQA layihə bu dəfə də uğurla həyata keçirilmişdir. Mahirə Nağıqızının rəhbəri olduğu Meqa layihədə tələbələr dərslərdə bu əlamətdar gün haqqında müzakirələr aparmış, qrup işləri təqdim etmişlər. Tələbələr Ana Dili Gününə həsr olunmuş video-çarx nümayiş etdirmiş və dərsləri ayrı-ayrı formatda qurulmuşlar. Dərslərdə şəhidlərimiz, Zəfər günü haqqında da məlumat xarakterli video görüntülər nümayiş etdirilmişdir. Tələbə və şagirdlər arasında aparılan müzakirələr, fikir mübadiləsi şagirdlərin şəxsiyyət, tələbələrin isə peşəkar müəllim kimi formalaşdıqların bariz nümunə kimi təqdim edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi