Mütaliə mədəniyyəti

  2021-2022-ci tədris ilinin məktəbimizdə "Mütaliə ili" elan olunması ilə bağlı mütamadi olaraq hər ayın sonunda oxunulmuş bədii ədəbiyyatın müzakirəsi təşkil olunur. Hər yaş qrupundan olan şagirdlər bu müzakirələrə cəlb olunurlar. Onlar ay ərzində oxuduqları kitabların müzakirəsini aparır və personajların onların dünyagörüşünə olan təsirini vurğulayırlar. Müasir dövrün yazıçıları ilə ötən dövrümüzün yazıçılarının  romanlarını müqayisəli şəkildə təhlil edirlər. Bu gün məktəbdə Azərbaycan dili və ədəbiyyat dərsini tədris edən Tamilla Vəliyevanın rəhbərliyi ilə təşkil olunan oxunmuş əsərlərin müzakirəsi xarakterli görüş 8-ci sinif şagirdlərini əhatə etdi. Onlar "Düşünən oxucu", "Kitab mənin dostumdur!"  devizi altında müxtəlif janrdan olan bədii ədəbiyyat nümunərərini müzakirə edərək maraqlı fikir mübadiləsində iştirak etdilər. Qeyd edək ki, mütaliə mədəniyyətini formalaşdırmaq naminə təşkil ilunan görüş məktəb rəhbərliyinin iştirakı ilə baş tutdu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi