Ana Dili Gününə həsr edilmiş tədbir

  Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur. Elə məhz bu məqsədlə keçirilən "Ana Dili Günü"nə həsr olunan dərs ibtidai sinif müəllimi Sevda Süleymanovanın rəhbərliyi, 4 "A" sinif şagirdlərinin iştirakı ilə  baş tutdu. Milli ruhda, vətənpərvər əqidədə təşkil olunmuş dərsdə şagirdlər fəallıq nümayiş etdirdilər. Dilimizin qədimliyi, tarixi haqqında geniş informasiya ilə çıxış edən şagirdlər daha sonra  bir-birindən gözəl şeirlər, aforizmlər və  mahnılarla dərsin daha da maraqlı keçməsinə nail oldular. Rəhbərliyin iştirakı ilə baş tutan dərs  təqdirəlayiq hesab edildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi