Şuşa ilinə həsr olunmuş güşə hazırlandı

  Təhsil Nazirliyinin F-512 nömrəli əmrinin 8-ci bəndinə əsasən Vətən torpağının ərazi bütövlüyü uğrunda canından keçmiş Azərbaycan igidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər daim rəhbərlik tərəfindən nəzarətdə saxlanılır.  Bu məqsədlə  44 günlük müharibədə tarix yazan  Azərbaycanın Ali Baş Komandanının, Milli Qəhrəmanlarının, şəhidlərinin, müharibədə iştirak edən məktəbin  məzunlarının göstərdikləri şücaəti əks etdirən  güşə yaradıldı.  Şuşa ilinə həsr olunmuş məktəbin foyesində yaradılan guşə daim göz önündə olmaqla böyüməkdə olan azyaşlı şagirdlərə böyük stimul vermək xarakteri daşıdı.  Onların vətənpərvər, mübariz, milli ruhda böyümələrinə xidmət etmək naminə hazırlanan bu möhtəşəm güşə düşmən tapdağından azad olmuş əzəli, əbədi torpağımız olan qədim Şuşa şəhərinin gözəlliklərini əks etdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi