Rəsm dərnəyi üzvlərinin əl işləri

  Əbəs yerə deyilmir ki: "Rəssam gördüklərini yox, hiss etdiklərini çəkir". Bizim balaca rəssamların hiss etdikləri gözəlliklər, rənglərin uyumu, bədii, yaradıcı təfəkkürlərini təqdimetmə bacarığı bu dəfə dəhliz divarlarını bəzədi. Məktəbin peşəkar, məsuliyyətli müəllimlərindən olan dərnək rəhbəri Elxan Əliyevin təşkilatçılığı ilə fəaliyyət göstərən rəsm dərnəyinin fəal üzvləri, istedadlı, yaradıcı şagirdləri bir-birindən gözəl, fərqli, maraqlı rəsm nümunələri ilə göz oxşadılar, könül sevindilər. Elxan Əliyevin öyrətdiyi şagirdlərin bu cür gözəl əl işləri müəllim sənətinin böyüklüyündən, sənətə verilən qiymətdən xəbər verdi. Axı müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi