Yeniyetməlik yaşına çatmayan şagirdlərlə psixoloji söhbət

 Şagirdlərin psixoloji vəziyyətini nəzarətdə saxlamaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür.  Yeniyetməlik yaşına çatmayan, risq qrupuna daxıl olan şagirdlərə xüsusi yanaşmaq isə müəllim, psixoloq və məktəb rəhbərliyinin məsuliyyətli mövqeyindən xəbər verir. Bu gün  RİHBA-nın İctimai-Siyası və Humanitar məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva, RİH yanında Yeniyetməlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Asəf Əmrahov, Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi, polis polkovnik-leytenantı Əfqan Ağayev, Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin baş inspektoru, polis kapitanı İlahə Balayeva, Şəhər Baş Təhsil İdarəsinin Təlimə Dəstək mərkəzinin psixoloqu Heyran Səfərova məktəbdə olaraq həmin şagirdlərlə profilaktiki söhbətlər apardılar. Söhbət zamanı gəlinən nəticə, verilən tövsiyələr gənc nəslin sağlam düşüncə tərzində böyüməsinə, cəmiyyətə əsl vətəndaş qazandırmağa xidmət etdi. Bu kimi şagirdlərlə vaxtaşırı görüşmək, onları nəzarətdə saxlamaq planlaşdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi