Məktəb rəhbərinin uğuru

  Təhsil Nazirliyinin dəstəyi və T-Network platformasının təşkilatçılığı ilə “Motivasiya ver, dəyişiklik yarat” sloqanı ilə keçirilən növbəti müsabiqə təşkil edildi.  Müsabiqənin məqsədi özünəməxsus yanaşma, təcrübə və yeni fikirləri ilə təhsil prosesinin iştirakçılarını ilhamlandıran, düşüncə tərzini dəyişən müəllimləri üzə çıxarmaq, onları geniş auditoriyaya təqdim etməkdən ibarət oldu. "Təhsilin ulduzu" müsabiqəsinin final mərhələsinin iştirakşısı olan məktəbin direktoru Südabə Abdullayeva müsabiqədə öz maraqlı layihəsi ilə çıxış etdi. O, mütaliənin təbliği, mədəniyyəti, şagirdlərin dünyagörüşünün formalaşmasında mütaliənin rolu və bu önəmli öhtəliyi həyata keçirmək üçün atılan addımlar, görülən işlər haqqında danışdı. Dahi folosofun dediyi kimi: "İnsanlığı tədqiq etməyin ən yaxşı yolu mütaliə etməkdir".

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi